28 C
Bakı
13 Avqust 2025 21:28
Cəmiyyət

Hacı Nuran Şuşada qəzaya düşdü – VİDEO

 

Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov avtomobil qəzası keçirib.

Tacxeber.com Bizim.Media-ya istinadən xəbər verir ki, bununla bağlı televiziya ulduzu qonaq olduğu “Səhər mərkəzi” verilişində deyib.

Hacı Nuran bildirib ki, Şuşada keçirilən “Əziz Şuşa” velosiped turuna gedərkən avtomobil qəzasına düşüb:

“Yollar çox gözəldir. Sadəcə yolun düz ortasında yararsız vəziyyətdə beton maşını dayanmışdı. Üstümüzə bir başqa avtomobil gəldi. Çox ağır qəza keçirdik. Avtomobilimiz yararsız vəziyyətə düşdü. Mən bu qəzadan çox qorxmuşam və stress keçirmişəm. Mənimlə avtomobildə olan digər uşaqlar isə xəsarətlər alıblar. Bizə həmin an polislər kömək və yardım etdilər. Onların köməyi ilə Şuşaya gəldik”.

Oxşar xəbərlər

«Bravo» yenə də yarım ili böyük zərərlə başa vurub – 5-Cİ İLDİR ZƏRƏRDƏDİR

admin

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə mindi

redaktor

Teokratik rejimin yaşamaq şansı varmı?

redaktor