19 C
Bakı
08 Oktyabr 2026 08:05
Dünya

Azərbaycan və Ermənistan XİN başçılarının ABŞ-də keçirilməli olan görüşü niyə təxirə salınıb? – VİDEO

 

Ermənistan və Azərbaycan arasında baş tutmalı olan danışıqların yeni raundu təxirə salınıb. Amma maraqlıdır ki, bu barədə məlumatı ev sahibi olan ABŞ yox, Ermənistan XİN yayıb.

Bu barədə Caliber “Youtube” kanalının növbəti buraxılışında deyilir.

“Ermənistan Xarici İşlər Nazirliyinin uşaqcasına davranışı hətta Bakıda da təəccüb doğurdu. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Ermənistan tərəfindən protokolun pozulmasına diplomatik eyham vuraraq, eyni zamanda növbəti görüşün təxirəsalınmaz tarixlərinin müəyyənləşdirilməsi istiqamətində iş aparıldığını bildirib. İclasın qeyri-müəyyən müddətə təxirə salınmasına nəyin səbəb olduğu rəsmən açıqlanmayıb. Lakin məlumdur ki, bir gün əvvəl ABŞ-ın ATƏT-dəki nümayəndəsi Maykl Karpenter gözlənilmədən konstruktiv adlandırmaq mümkün olmayan bəyanatla çıxış edib”, – məlumatda deyilir.

Daha ətraflı “Caliber”in videomaterialında:

 

Oxşar xəbərlər

Bu, kəşfiyyat tarixində informasiya almaq üçün ödənilən ən böyük məbləğlərdən idi

admin

“Tanqo üçün iki nəfər lazımdır”: Ukrayna beş atəşkəs formatı hazırlayır

redaktor

Məkkə İttifaqı

redaktor