Hadisə

Qadın atraksiondan yıxılıb öldü – Xırdalan parkında dəhşət

 

Xırdalan şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Tacxeber.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, Abşeron rayon sakini, 1987-ci il təvəllüdlü Nuriyeva Minayə Rasim qızı iyunun 8-də saat 17 radələrində Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına parkda hündürlükdən yıxılıb.

Belə ki, 36 yaşlı qadın dairəvi hərəkət edən 5 qoşqudan ibarət, delfin şəkilli karuselin 2-ci qoşqusundan yıxılıb. O, qarının küt travması, daxili qanaxma, qapalı kəllə-beyin travması, alt çənə sınığı, sağ bazunun açıq sınığı, II və III dərəcəli travmatik şok diaqnozu ilə Respublika Klinik Xəstəxanasına daxil olub.

M.Nuriyeva dünən saat 07:40-da xəstəxanada vəfat edib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

52 yaşlı deputat arı sancmasından dünyasını dəyişdi

redaktor

Bölgələrdə niyə benzin qıtlığı yaranıb?

admin

“Mən həmişə güclü olmuşam, oğlanlar məndən çəkinib…” – Bakirə qalmağa and içən qadın

admin