Hadisə

Qadın atraksiondan yıxılıb öldü – Xırdalan parkında dəhşət

 

Xırdalan şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Tacxeber.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, Abşeron rayon sakini, 1987-ci il təvəllüdlü Nuriyeva Minayə Rasim qızı iyunun 8-də saat 17 radələrində Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına parkda hündürlükdən yıxılıb.

Belə ki, 36 yaşlı qadın dairəvi hərəkət edən 5 qoşqudan ibarət, delfin şəkilli karuselin 2-ci qoşqusundan yıxılıb. O, qarının küt travması, daxili qanaxma, qapalı kəllə-beyin travması, alt çənə sınığı, sağ bazunun açıq sınığı, II və III dərəcəli travmatik şok diaqnozu ilə Respublika Klinik Xəstəxanasına daxil olub.

M.Nuriyeva dünən saat 07:40-da xəstəxanada vəfat edib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

21 yaşlı tələbə qəfil vəfat etdi: Vəfat edən anası ilə bağlı paylaşımı DİQQƏT ÇƏKDİ

redaktor

Yasda ürəyi tutub öldü

admin

“Abzas Media”nın həbsdə olan xanım jurnalistləri 2 gündür aclıq edirlər.

admin