19 C
Bakı
08 Oktyabr 2026 07:11
Dünya

İmran Xan vəkilin qətlində ittiham edilir

 

Pakistanın keçmiş Baş naziri İmran Xana yeni ittiham irəli sürülüb.

Tacxeber.comxəbər verir ki, bu barədə yerli “Doon” nəşri məlumat yayıb.

İslamabadın Ali Məhkəməsi İmran Xanı vəkil Əbdül Razzak Şarın qətlində əli olmaqda ittiham edib.

Bildirilib ki, Şar Xana qarşı əvvəllər irəli sürülən vətənə xəyanət ittihamına baxılmasında iştirak edib. Vəkil iyunun 6-da Kvetta şəhərində naməlum silahlı şəxslər tərəfindən güllələnib. Səlahiyyətlilər bildiriblər ki, keçmiş Baş nazir vətənə xəyanətdən yayınmaq üçün bu addımı atıb. İmran Xanın lideri olduğu Pakistan Təhriki-İnsaf Partiyası bu iddiaları tamamilə təkzib edib.

Tacxeber.com

Oxşar xəbərlər

Bu, kəşfiyyat tarixində informasiya almaq üçün ödənilən ən böyük məbləğlərdən idi

admin

“Tanqo üçün iki nəfər lazımdır”: Ukrayna beş atəşkəs formatı hazırlayır

redaktor

Məkkə İttifaqı

redaktor