21 C
Bakı
07 Oktyabr 2026 15:57
Hadisə

Bakıda aptekdən uşaq yeməkləri oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

 

Mayın 4-də paytaxtın Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən apteklərin birindən uşaq yeməkləri oğurlamaqda şübhəli bilinən qəsəbə sakini 21 yaşlı İlkin Məmişov polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.

O bildirib ki, məhkəmənin qərarı ilə həmin şəxs 20 sutka inzibati qaydada həbs edilib: “Onun uşaq yeməyini övladı üçün oğurlaması iddiaları həqiqəti əks etdirmir”.

“Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsində aparılan araşdırmalarla onun uşaq yeməklərini satmaq məqsədilə oğurlaması məlum olub və o, bunu izahatında da etiraf edib”, – DİN rəsmisi vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər

İrkutskda nə baş verir? – Taun yayılır?

admin

Fransadakı bir muzeydən Dalinin “Apokalipsis” əsərinin 150 kiloqramlıq nüsxəsi oğurlanıb

redaktor

İsrail pilot hücumundan sonra flydubai təyyarəsini vurmağa hazırlaşır: yeni detallar

redaktor