Hadisə

Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu

 

İyunun 8-i saat 11:25-dən 18:40-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Füzuli, Xocalı və Şuşa rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə atəşə tutub.

Bu barədə məlumat Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam, Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Tacxeber.com

Oxşar xəbərlər

Abşeron-Xızı regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva 26 milyonluq yeyinti edib, niyə idarə mùdiri işləyir?

admin

Daha bir azərbaycanəsilli hərbi qulluqçu Ukraynada həlak oldu

redaktor

Yaponiyada dəhşət: İçərisində 300 nəfərin olduğu təyyarə partladı – VİDEO

redaktor