10 C
Bakı
16 Mart 2026 12:42
Cəmiyyət

“Eşşəyə nə qədər yaxın ola bilərsən ki, o sənin qulağını dişləsin?” – Video

“Eşşəyə nə qədər yaxın ola bilərsən ki, o sənin qulağını dişləsin?” - Video

 

Eşitdim ki, rayonların birində bir nəfərin qulağını eşşək dişləyib. Dünəndən başımı sındırıram, eşşəyə nə qədər yaxın ola bilərsən ki, o sənin qulağını dişləsin?”.

Tacxeber.comxəbər verir ki, bunu şairə Nazilə Səfərli sosial şəbəkə hesabında deyib.

N.Səfərli Astara rayonunda ulağın hücum edərək kənd sakininin qulağını dişləməsinə münasibət bildirib:

“Başa düşmürəm… Sənin qulağın eşşəyin ağzında nə gəzirdi? Hələ fikirləşirəm… Hərçənd cəmiyyətdə o qədər eşşəklərlə yan-yana gəzənlər var. Onlara baxanda ağlım kəsir. Amma bu birisi eşşəklər axı qulaq dişləmir. Ömür yeyir, ömür”.

Xatırladaq ki, ötən gün Astara sakininə eşşək hücum edib.

Hadisə rayonunun Pəlikeş kəndində baş verib. 41 yaşlı Vəliyulla Əliabbasov yol ilə gedərkən, qonşunun ulağı ona hücum edib. Ulaq Vəliyulla Əliabbasovu yerə yıxıb, qoluna xəsarət yetirib, sonra sol qulağını dişləyib.

Həmin görüntüləri təqdim edirik:

Tacxeber.com

Oxşar xəbərlər

Pensiya və maaşlar nə vaxt artacaq? – VİDEO

redaktor

Pavel Durov valideynlik hüququndan məhrum edildi

redaktor

Məşhur klinikanın baş həkimi benzin pulu, təmir, dərman adı ilə 72 min mənimsəyib

redaktor