11 C
Bakı
30 Mart 2026 05:47
Hadisə

Bakının “Vosmoy bazarı”nda yanğın oldu – ANBBAAN VİDEO/YENİLƏNİB

 

 

Bakının Nizami rayonunda yerləşən “8-ci kilometr bazarı”nda başlayan yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 45 kvadratmetr olan mağazanın yanar konstruksiyaları 2 kvadratmetr sahədə yanıb. Yüksək temperaturdan mağazanın lambirdən ibarət tavanı əriyib.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***
Bakıda “8-ci kilometr” yaşayış məskənində yerləşən “Vosmoy bazarı”nda bu gün səhər 8.15 radələrində yanğın olub.

Ölkə.az Bizim.Media-ya istinadən xəbər verir ki, yanğın telefon aksesuarları satılan dükanda baş verib.

Yanğının qısa qapanmadan baş verdiyi deyilir.

Oxşar xəbərlər

Abdullayevin kürəkəninin bankında səhmdar səhmlərini satıb

admin

“Zirə” Sumanı “Malmö”yə bu qiymətə sataraq böyük qazanc götürüb.

admin

Rusiyada axtarışda olan jurnalist Fransaya qaçıb

admin