Dünya

Paşinyan Azərbaycana dəhliz verməkdən imtina etməyəcək – Erməni nəşri

 

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycana dəhliz verməkdən imtina etməyəcək.

Tacxeber.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti Rusiya baş nazirinin müavini Aleksey Overçukun sözlərinə istinadən məlumat yayıb.

Sonuncunun bəyanatına görə, Ermənistanın Naxçıvan Muxtar Respublikası, Sünik (Zəngəzur) və Azərbaycandan keçməklə Rusiya Federasiyası, Aİ və İrana çıxmaq imkanı ola bilər.

“Əliyevin tələb etdiyi dəhliz məhz budur, sadəcə olaraq yol adlanacaq. Son günlər güc dairələrində belə deyilir ki, Paşinyan Rusiyanın Azərbaycandan çox tələb etdiyi dəhlizdən imtina edə bilməz. Amma ola bilsin ki, Paşinyan yolu qısa müddətə – cəmi 3 və ya 5 ilə təmin edəcək”, – qəzet qeyd edir.

Tacxeber.com

Oxşar xəbərlər

İran bu ölkələrlə sərhədə 130 kilometrlik divar çəkdi

redaktor

Aİ Trampdan qisas almağa hazırlaşır

redaktor

Trampla görüş üçün Zelenskinin kostyumunu kim tikib?

redaktor