Dünya

Delimxanovdan Priqojinə: Bəsdir anqırdın!

 

“Əhməd” bölüyü Ali Baş Komandanlığın tapşırıqlarını yerinə yetirir. Əgər bunu başa düşmürsənsə, vaxt və yer təyin elə, görüşüb, səni başa salarıq. Sən artıq bloger olmusan və dünyaya səs salırsan ki, bizim ancaq problemlərimiz var.

Axar.az xəbər verir ki, bunu Çeçenistan rəhbərinin müavini Adam Delimxanov “Vaqner”in rəhbəri Yevgeni Priqojinin “Əhməd” bölüyünü tənqid etməsinə cavab olaraq deyib.

“Hamımız bilirik ki, sən Baxmutda nə qədər adam itirmisən. Bəsdir boşboğazlıq elədin, qışqırdın, anqırdın”, – Delimxanov bildirib.

Qeyd edək ki, bir müddət öncə “Vaqner” rəhbəri Yevgeni Priqojin “Əhməd” silahlı birləşməsini tənqid edərək, onların nə işlə məşğul olduqlarını bilmədiyini demişdi.

Tacxeber.com

Oxşar xəbərlər

İranda jurnalistlərə tualet kağızı mükafat olaraq verildi

redaktor

Netanyahu ABŞ-a yeni səfir təyin etdi

redaktor

Zelenskidən Qərbə şok ittiham: Rusiya ilə müharibəni siz başladınız

redaktor