Dünya

CHP-lilər Kılıçdaroğlunun istefasını istəyir

 

Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) bir qrup tərəfdarı partiyanın Baş qərargahı önündə toplaşıb.

Tacxeber.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, həmin şəxslər arasında prezident seçkilərinin ikinci turunda məğlub olan CHP sədri və “Millət İttifaqı”ndan prezidentliyə namizəd Kamal Kılıçdaroğlunun istefasını tələb edənlər də var.

Bununla yanaşı, İYİ partiyasının Trabzondan olan millət vəkili Yavuz Aydın da Kılıçdaroğlunun istefasını tələb edib. Aydın məsələ ilə bağlı tviter hesabında paylaşım edərək, Kılıçdaroğlunun İYİ partiyasının sədri Meral Akşenerdən üzr istəyərək istefa verməli olduğunu qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

Türk malları daşıyan TIRLAR SƏRHƏDDƏ QALDI – Türkiyəyə gözlənilməz zərbə

redaktor

Yunanıstan Türkiyə ilə sərhədə hasar çəkir

redaktor

Rusiya kütləvi hücuma keçdi, Polşa qırıcıları qaldırdı

admin