İdman

“Beşiktaş”ın sabiq futbolçusu həbs olundu

 

Türkiyənin “Beşiktaş” klubunun sabiq futbolçusu Duqlas Pereyra Dos Santos ölkəsi Braziliyada həbs olunub.

“Report” “Globo Esporte”yə istinadən xəbər verir ki, buna səbəb onun avtomobil parkında havaya atəş açması olub.

32 yaşlı braziliyalı silahdan qanunsuz istifadə etdiyi üçün cəzalandırılıb. 33 yaşlı müdafiəçinin qayıqla gəzintidən sonra atəş açdığı silah anasının adınadır. Futbolçu silahı meşədə gizlətdiyini etiraf edib.

Qeyd edək ki, Duqlas son klubu olan “Beşiktaş”ı 2022-ci ilin yayında tərk edib. Braziliyalı 2014-2019-cu illərdə İspaniya təmsilçisi “Barselona”da çıxış edib.

Tacxeber.com

Oxşar xəbərlər

Əgər “Qarabağ” “Maradona”ndan da qələbə ilə dönə bilsə, arzusu real hədəfə çevriləcək”. – İtaliya mediası

admin

“Tottenhem” “Mançester Yunayted”ə rəhm etmədi

redaktor

Məsud Özil Bakıya gəlir, “Qarabağ”ın qonağı olacaq

admin