4 C
Bakı
11 Fevral 2026 20:40
İdman

“Beşiktaş”ın sabiq futbolçusu həbs olundu

 

Türkiyənin “Beşiktaş” klubunun sabiq futbolçusu Duqlas Pereyra Dos Santos ölkəsi Braziliyada həbs olunub.

“Report” “Globo Esporte”yə istinadən xəbər verir ki, buna səbəb onun avtomobil parkında havaya atəş açması olub.

32 yaşlı braziliyalı silahdan qanunsuz istifadə etdiyi üçün cəzalandırılıb. 33 yaşlı müdafiəçinin qayıqla gəzintidən sonra atəş açdığı silah anasının adınadır. Futbolçu silahı meşədə gizlətdiyini etiraf edib.

Qeyd edək ki, Duqlas son klubu olan “Beşiktaş”ı 2022-ci ilin yayında tərk edib. Braziliyalı 2014-2019-cu illərdə İspaniya təmsilçisi “Barselona”da çıxış edib.

Tacxeber.com

Oxşar xəbərlər

“Qarabağ” “Zirə”ni darmadağın etdi

redaktor

“Görünür, futbolçular lap yaxşı istirahət ediblər” – Qurban Qurbanov

admin

Məşhur insayderdən Juninyonun “Sevilya”ya mümkün transferi ilə bağlı – Paylaşım

redaktor