Hadisə

Qod Nisanovun bazarında yanğın – VİDEO

 

Moskvada azərbaycanəsilli iş adamlarına məxsus “Sadovod” bazarında yanğın baş verib.

Tacxeber.com xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Yanğın hadisəsi “Sadovod” bazarının üç pavilyonunda qeydə alınıb. Yanğının 50 kvadratmetr ərazini əhatə etdiyi bildirilir.

Artıq alov söndürülüb. Hadisə nəticəsində zərərçəkənlər barədə məlumatın olmadığı vurğulanıb.

Qeyd edək ki, Moskva Dairəvi Yolunun 14-cü kilometrliyində yerləşən “Sadovod” bazarı yəhudi əsilli azərbaycanlı iş adamları Qod Nisanov və Zarah İliyevin “Kiyevskaya ploşad” şirkətinə məxsusdur.(axar.az)

Tacxeber.com

Oxşar xəbərlər

Özü isə onun, polislərin Qarabağ müharibəsi əlillərini döyməsini çəkib yaydığına görə cəzalandırıldığını deyir.

admin

Gömrük Komitəsi itlər üçün 176 ədəd oyuncaq top alır

admin

Deputatlığa namizəd Nigar Məmmədovanın DOSYESİ: İçkili halda qəza, Sahil Babayevin kadrı …

admin