16 C
Bakı
28 Sentyabr 2025 00:23
Cəmiyyət

Azərbaycanda internet istifadəçilərinə ŞAD XƏBƏR

 

2024-cü ilin sonuna qədər minimum 25 mbit/s internet sürəti ilə bütün ölkəni əhatə edən genişzolaqlı şəbəkə qurulacaq.

Tacxeber.com Azərtac-a istinadən xəbər verir ki, bu günə qədər 1 milyondan artıq ev təsərrüfatı bu texnologiya əsasında sürətli və kəsintisiz fiber-optik internetlə təmin olunub.

“Aztelekom” MMC dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində həyata keçirilən “Onlayn Azərbaycan” layihəsinin əsas operatorudur. Layihə çərçivəsində GPON texnologiyası əsasında sürətli və kəsintisiz fiber-optik şəbəkənin qurulması həyata keçirilir.

Layihənin əsas məqsədi dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində 2024-cü ilin sonuna qədər minimum 25 mbit/s internet sürəti ilə bütün ölkəni əhatə edən genişzolaqlı şəbəkə qurmaqdan ibarətdir. “Aztelekom” layihə çərçivəsində sürəti 100 mbit/s-dək internet xidməti təqdim edir.

Tacxeber.com

Oxşar xəbərlər

Antalyada şir zooparkdan qaçıb bir nəfəri yaraladı – Giriş-çıxış dayandırıldı

redaktor

Abşeron Mərkəzi Xəstəxanasında nə baş verir? – RƏSMİ AÇIQLAMA

redaktor

Kəramət Böyükçöl Üzeyir Mehdizadəyə qalib gəldi – Foto

redaktor