28 C
Bakı
11 Avqust 2025 21:09
Cəmiyyət

Azərbaycanda internet istifadəçilərinə ŞAD XƏBƏR

 

2024-cü ilin sonuna qədər minimum 25 mbit/s internet sürəti ilə bütün ölkəni əhatə edən genişzolaqlı şəbəkə qurulacaq.

Tacxeber.com Azərtac-a istinadən xəbər verir ki, bu günə qədər 1 milyondan artıq ev təsərrüfatı bu texnologiya əsasında sürətli və kəsintisiz fiber-optik internetlə təmin olunub.

“Aztelekom” MMC dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində həyata keçirilən “Onlayn Azərbaycan” layihəsinin əsas operatorudur. Layihə çərçivəsində GPON texnologiyası əsasında sürətli və kəsintisiz fiber-optik şəbəkənin qurulması həyata keçirilir.

Layihənin əsas məqsədi dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində 2024-cü ilin sonuna qədər minimum 25 mbit/s internet sürəti ilə bütün ölkəni əhatə edən genişzolaqlı şəbəkə qurmaqdan ibarətdir. “Aztelekom” layihə çərçivəsində sürəti 100 mbit/s-dək internet xidməti təqdim edir.

Tacxeber.com

Oxşar xəbərlər

Baş nazir Rusiya həmləsindən ehtiyyatlanaraq konservləşdirilmiş qidalar toplayır.

admin

“Aygün Bəylərin qızının bacı və qardaşları da var…”

redaktor

Azərbaycanda “gey”lərin sayı niyə artıb? – Səbəbi bilindi

redaktor