Hadisə

Naxçıvanda şəhid atasının adından dələduzluq edən şəxs tutulub

 

Culfada şəhid atasının adından istifadə edərək vətəndaşları işə düzəltmək adı ilə aldadan şəxs saxlanılıb.

Tacxeber.com xəbər verir ki, Culfa Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vətən müharibəsi şəhidi Nicat Məmmədlinin şəkillərini paylaşaraq şəhid atasının adından vətəndaşları işə düzəltmək adı altında aldadaraq müxtəlif məbləğlərdə pullarını ələ keçirən Rizvan Qafarov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

Putin bu günahlardan necə qurtulacaq sonda?

redaktor

Qəzada əsas amil: yüksək sürət, yoxsa dönmə manevri?

redaktor

KTMT parçalanır

admin