Bazardan xiyar alarkən və evə gətirərkən bəzi məqamlara ciddi fikir verməliyik.


Xiyarın əkinçilik tarixi 4 min ildən artıqdır. Qədim Yunan, Roma, Hindistan və Çin kimi antik mədəniyyəti olan ölkələrdə ən çox istehlak edilən qidalardan olub. 40-a yaxın xəstəliyin müalicəsi üçün istifadə edilib. İndiki vaxtda xiyarı dərman kimi istifadə etməsək də salatdan turşuya qədər bir çox reseptə əlavə edirik.

