Dünya

Zelenskayanın Yaltadakı villası müsadirə edildi

 

Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskayanın Yaltadakı villası müsadirə edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Gazeta.ru nəşri məlumat yayıb.

Məsələ ilə bağlı Krımın rəhbəri Sergey Aksyonov da teleqram kanalında məlumat verib.

O, Zelenskayanın mülkünün “milliləşdirildiyini” açıqlayıb.

Bildirilib ki, mülkün rəsmi olaraq sahəsi 129,8 m²-dir.

Qeyd edək ki, Krımın Dövlət Şurası Kiyev hakimiyyəti ilə əlaqəsi olan bir sıra ukraynalı oliqarxların – İqor Kolomoyski, Rinat Axmetov, Arseni Yatsenyuk, Nestor Şufriç və Sergey Tarutanın və digərlərinin əmlakının “milliləşdirilməsi” barədə qərar qəbul edib.

Tacxeber.com

Oxşar xəbərlər

Kişilərin qadınlardan daha çox aldatdığı doğrudurmu? – SORĞU NƏTİCƏLƏRİ

admin

Krımda dəmir yolu partladıldı, qatar yoldan çıxdı

admin

Məşhur narkobaron El Çaponun oğlu Tramp administrasiyası ilə müqavilə bağlayıb

redaktor