Hadisə

İran-Pakistan sərhədində toqquşma olub, ölən və yaralananlar var

 

İranın Sistan və Bəlucistan əyalətinin Pakistanla sərhədində azı altı iranlı sərhədçi ölüb.

Tacxeber.com xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Bildirilib ki, sərhəddə baş verən insident zamanı sərhəd qoşunlarının daha iki zabiti yaralanıb. Bazar günü gecə adı açıqlanmayan terrorçu birləşmənin üzvləri Seravan sərhəd alayının məsuliyyət zonasında İranın ərazisinə daxil olub. Toqquşmalar nəticəsində radikallar İran-Pakistan sərhədini keçərək İran ərazisini tərk etməyə məcbur olublar. Terrorçu birləşmənin sıralarında, agentliyin məlumatına görə, itkilər də var, lakin onların dəqiq sayı verilmir.

Tacxeber.com

Oxşar xəbərlər

Valideynləri biletsiz təyyarəyə götürülməyən körpəni hava limanında qoydular – FOTO

redaktor

İstanbulda restoranın terrası çökdü, müştərilər dənizə düşüb – VİDEO

redaktor

Azərbaycanda İcra Hakimiyyəti binasında insident – Qadın həbs edildi

admin