28 C
Bakı
11 Avqust 2025 20:29
Siyasət

Valentina Matviyenko: Hazırda Heydər Əliyev kimi müdrik və peşəkar siyasətçilər çatışmır

Bu gün Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında Rusiya Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun təbrikini oxuyub.

Təbrikdə qeyd edilib ki, hazırda Heydər Əliyev kimi müdrik və peşəkar siyasətçilər çatışmır: “Heydər Əliyev hər zaman Rusiya-Azərbaycan münasibətlərinin inkişafına çalışıb. Azərbaycan və Rusiya münasibətləri hazırda da uğurla inkişaf edir. Azərbaycan və Rusiya münasibətləri regional səviyyədə də təqdirəlayiqdir”.

Dövlət Dumasının sədr müavini Aleksey Gordeyev isə Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodinin təbrikini çatdırıb. Vyaçeslav Volodin təbrik müraciətində Heydər Əliyevin böyük şəxsiyyət olduğunu, bu gün Prezident İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi ilə iki ölkə münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Yeni İttifaqlar: BRICS və Azərbaycan

admin

Ankara-Dəməşq yaxınlaşmasından İran niyə narahatdır? – Rəisi Türkiyəyə gedir

redaktor

Oğan Ərdoğanla birgə Azərbaycana gəlir

redaktor