Siyasət

Fazil Mustafanın partiyası bağlanır? – Özü danışdı

Fazil Mustafanın partiyası bağlanır? – Özü danışdı

 

Milli Məclisin deputatı Fazil Mustafanın sədri olduğu Böyük Quruluş Partiyasının özünü buraxacağı ilə bağlı xəbərlər yayılıb.

Tacxeber.com xəbər verir ki, F.Mustafa məsələyə münasibət bildirib.

Deputat sosial şəbəkə hesabında yazdığı statusda bu xəbərin doğru olmadığını vurğulayıb. Fazil Mustafa yeni qanunvericiliyin tələbinə uyğun olaraq partiya üzvləri ilə bağlı hüquqi prosedura başa çatdırdıqlarını qeyd edib.

Deputat deyib ki, Azərbaycanda siyasi partiyanın fəaliyyət göstərməsi üçün tələb olunan 7 min üzvün siyahını müvafiq dövlət qurumuna təqdim ediblər.

Fazil Mustafa rəhbərlik etdiyi siyasi təşkilatla bağlı həqiqətə uyğun olmayan məlumat yayan informasiya resursu ilə bağlı hüquqi müstəvidə tədbir görüləcəyini bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

“Azərbaycanda da Ayətullah rejimi yaratmaq istəyirlər”

redaktor

“Sülh sazişi olmasa da olar…” – Elmar Məmmədyarov

redaktor

“Rusiya ordusu ehtiyac duyduğu təchizat üçün Şimali Koreya və İrana üz tutur”

redaktor