10 C
Bakı
27 Mart 2026 07:01
Dünya

Tualetə gizli kamera yerləşdirən şəxs həbs olundu

ABŞ-da kruiz gəmisinin ictimai tualetində gizli kamera quraşdıran sərnişin həbs edilib

Tacxeber.com xəbər verir ki, bu barədə FBI məlum yayıb.

Hadisə Mayamidən yola düşən yeddi günlük “Royal Caribbean” kruizində baş verib.

Dənizə çıxdıqdan təxminən bir gün sonra, gəmi beynəlxalq sularda olarkən yuxarı göyərtədəki ictimai tualetə Wi-Fi imkanlı gizli kamera quraşdırılıb.

Ertəsi gün, mayın 1-də bir sərnişin kameranı görüb və bu barədə “Royal Caribbean” heyətinə məlumat verib. Təhlükəsizlik işçiləri kameranı çıxarıb və yaddaş kartı tapıblar və orada 150-dən çox adamın görüntüləri olub.

Videoda şübhəlinin kameranı tənzimlədiyi və onu tualetə yönəltdiyi də əks olunub.

Kameranı yerləşdirən sərnişin Ceremi Froyas məhkəmənin qərarı ilə həbs edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Pakistana təsadüfən atılan raketlərə görə hindli zabitlər ordudan uzaqlaşdırıldı

admin

Türkiyədən Əli Kərimlini müdafiə çağırışı

redaktor

Rusiyanın axtarışa verdiyi keçmiş hakim Azərbaycanı tərk edib – Vəkili danışdı

redaktor