24 C
Bakı
12 Sentyabr 2026 10:29
İqtisadiyyat

Azərbaycanda bahalaşan və ucuzlaşan ərzaq məhsulları – SİYAHI

 

Bu ilin aprel ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3%, 2022-ci ilin aprel ayına nisbətən 115,1% təşkil edib.

Bu barədə “Ölkə.Az”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata əsasən aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyü, vafli, peçenye, mal və qoyun əti, yoqurt, xama, pendir, zeytun yağı, naringi, portağal, alma, balqabaq, yerkökü, soğan, şəkər, konfetlər, çay, mineral sular, pivə, tütün məmulatları, ucuzlaşma isə əsasən çörək, un, qarabaşaq yarması, təzə balıq, yumurta, süfrə marqarini, kərə, günəbaxan və qarğıdalı yağları, banan, kələm, xiyar, çuğundur, kartof, mərcinin qiymətlərində müşahidə olunub.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Tacxeber.com

Oxşar xəbərlər

Qlobal iqtisadiyyatda nələr baş verir?

redaktor

Bu günlərdə Aqrar Subsidiya Şurası yeni dövlət dəstəyi mexanizmlərini təsdiqləyib

redaktor

ABŞ–Çin qarşıdurmasının görünməyən cəbhəsi: enerji

redaktor