24 C
Bakı
14 Avqust 2025 01:50
Dünya

Ermənilər də Xankəndi-Şuşa yolunda çadırlar qurdu – VİDEO

Ermənilər də Xankəndi-Şuşa yolunda çadırlar qurdu - VİDEO

 

Qarabağda yaşayan ermənilər etiraz aksiyasına başlayıblar.

Redaktor.az “news.am”a istinadla bildirir ki, separatçı qondarma “Artsaxda etnik təmizləməyə yox” hərəkatının üzvləri Xankəndi-Şuşa yolunda çadırlar quraraq müddətsiz etiraz aksiyası elan ediblər.

“Biz bütün apolitik qüvvələri bizə qoşulmağa çağırırıq. Biz Azərbaycandan tələb edirik ki, Laçın dəhlizində qeyri-qanuni quraşdırılmış keçid məntəqəsi tezliklə yığışdırılsın. Buradakı aksiyamız bu tələb yerinə yetirilənə qədər davam edəcək”, – deyə iştirakçılardan biri bildirib.

Hərəkat iştirakçıları da eyni tələblə imza toplamağa başlayıblar.

Oxşar xəbərlər

Rusiyada miqrantlar üçün yeni dövlət rüsumunun tətbiqi təsdiqləndi

redaktor

ABŞ kəşfiyyatı: Navalnını Putin öldürtməyib

admin

“Peyvəndlər türklərə qarşı bir plan idi” – Karataydan koronavirusla bağlı iddia

admin