Dünya

Azərbaycanın hərbi həkimləri Kahramanmaraşda 10 nəfəri əməliyyat edib – FOTO

 

Azərbaycanın hərbi həkimləri Kahramanmaraşda 10 nəfəri əməliyyat edib.

Bu barədə “Ölkə.az”a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi tibb personalı Kahramanmaraşda fəaliyyətini davam etdirir.

Türkiyə Səhiyyə Nazirliyinin və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərən hərbi həkimlərimiz qardaş ölkədə ümumilikdə 10 cərrahi əməliyyat icra ediblər.

Bundan başqa, tibb personalımız baş vermiş zəlzələdən zərərçəkən 98 nəfəri müayinə edərək onlara ambulator yardım göstəriblər.

 

Oxşar xəbərlər

BRİCS Rusiyaya dəstəkdən çəkinir

redaktor

Ukrayna və Rusiya nə qədər əsgər itirib? – Zelenski yeni rəqəmlər açıqladı

redaktor

30 iyul 762-ci il, ikinci Abbasi xəlifəsi Mənsurun göstərişi ilə Bağdad şəhərinin əsası qoyulur

admin