26 C
Bakı
21 İyun 2025 16:04
GündəmSağlamlıq

Dalaq xəstəliyinin əlamətləri və müalicə metodları

Dalaq xəstələnəndə bədəndə bir sıra problemlər baş verir

Orqanizmin normal fəaliyyəti üçün çox önəmli olan orqanlardan biri də dalaqdır. Qarın boşluğunda, sol tərəfdə, mədənin arxasında yerləşən bu orqan zəifləmiş qan hüceyrələrini yox edib, yerinə təzə qırmızı qan hüceyrələri istehsal edir və immunitetin güclənməsinə təsir göstərir.

Dalaq xəstələnəndə bədəndə bir sıra problemlər baş verir. Qansızlıq, halsızlıq, həddindən artıq tərləmə, qarında şişlik, tez yorulmaq, nəfəs almaqda çətinlik çəkmək, sol tərəfdə alt qabırğanın altında hiss edilən ağrı dalaqda problem olduğunu göstərən əlamətlərdir.

Dalağın xəstəliyi zamanı tərkibində bol miqdarda A vitamini, dəmir, yod olan qidalar qəbul etmək lazımdır. Tərəvəz və meyvələr, xüsusilə də noxud, paxla, lobya kimi qidalar dalağın təmizlənməsinə kömək edir. Çalışın həftəlik qida rasionunuzda kərəviz, kök, üzüm, ərik, əncir, xiyar, təzə qoz, badam, kələm, şüyüd, cəfəri, və kişmiş, doşab kimi qidalar olsun.

Dalaq xəstəliyindən əziyyət çəkənlər bir neçə proseduranı tətbiq edə bilərlər.

1.Kələmi bişirdikdən sonra sıxıb əldə edilən şirə içilir. Bunu gündə iki dəfə təkararlamaq lazımdır.

2. Bir stəkan qaynar suya yarım çay qaşığı toz zəncəfil töküb 10 dəqiqə gözləmək lazımdır. Daha sonra bu sudan gündə 3 stəkan içirlər.

3. Bir stəkan qaynar suya 4 qram quru gül töküb 10 dəqiqə gözləyin. Əldə edilən çayı balla dadlandıraraq soyuq halda için. Bunu gündə 2-3 dəfə təkrarlamaq lazımdır.

Tacxeber.com

Oxşar xəbərlər

Alman rəssamı Herbert Smaqonun rəsm əsəri və görun nə yazır.

admin

Ac olanda əlləriniz əsir və ürək döyüntüləriniz artır? – Bu 3 problemlə bağlı ola bilər

redaktor

Putini tənqid edən yaşlı qadını avtobusdan yerə atdılar – VİDEO

redaktor