11 C
Bakı
30 Mart 2026 01:40
GündəmSiyasət

PKK-dan Kılıçdaroğluna dəstək: Ərdoğanı devirmək üçün birləşdilər

 

PKK terror təşkilatı Ərdoğanı devirmək məqsədilə “altılı masa”nın prezidentliyə namizədi, CHP lideri Kamal Kılıçdaroğluna dəstək verdiklərini açıqlayıb.

Tacxeber.com xəbər verir ki, PKK liderlərindən olan Duran Kalkan AKP və MHP ittifaqının devrilməsinin onlar üçün vacib olduğunu deyib.

“Hər gün bizi vururlar, hamımızı öldürəcəklər. PKK idarəçiliyini (liderlərini) məhv etmək üçün səfərbər olublar. Öldürəcəklərini deyirlər və öldürürlər. Hər gün onlarla itkimiz olur. PKK-dan müxalifətə dəstək verildiyini deyirlər. Bəli, biz PKK olaraq dəstəkləyirik. AKP-MHP “faşizm rejimi”ni (?) devirəcəyik. Bu seçki çox önəmlidir”, – terrorçu bildirib.

Qeyd edək ki, Kamal Kılıçdaroğlu PKK-nın siyasi qanadı olan HDP ilə gizli ittifaq qurub.

Tacxeber.com

Oxşar xəbərlər

Onkoloji xəstələr oruc tuta bilərmi?

redaktor

Məşhur reper səfərbərliyə görə intihar etdi

redaktor

İçərisi qızılla dolu tapılan bu çanta GÖRÜN KİMİN İMİŞ – VİDEO

redaktor