22.6 C
Bakı
29 İyun 2026 08:36
GündəmSiyasət

PKK-dan Kılıçdaroğluna dəstək: Ərdoğanı devirmək üçün birləşdilər

 

PKK terror təşkilatı Ərdoğanı devirmək məqsədilə “altılı masa”nın prezidentliyə namizədi, CHP lideri Kamal Kılıçdaroğluna dəstək verdiklərini açıqlayıb.

Tacxeber.com xəbər verir ki, PKK liderlərindən olan Duran Kalkan AKP və MHP ittifaqının devrilməsinin onlar üçün vacib olduğunu deyib.

“Hər gün bizi vururlar, hamımızı öldürəcəklər. PKK idarəçiliyini (liderlərini) məhv etmək üçün səfərbər olublar. Öldürəcəklərini deyirlər və öldürürlər. Hər gün onlarla itkimiz olur. PKK-dan müxalifətə dəstək verildiyini deyirlər. Bəli, biz PKK olaraq dəstəkləyirik. AKP-MHP “faşizm rejimi”ni (?) devirəcəyik. Bu seçki çox önəmlidir”, – terrorçu bildirib.

Qeyd edək ki, Kamal Kılıçdaroğlu PKK-nın siyasi qanadı olan HDP ilə gizli ittifaq qurub.

Tacxeber.com

Oxşar xəbərlər

Putin Braziliyadakı zirvə toplantısına qatılacaq? – Roma statutuna görə…

admin

Qazaxıstan 1 yanvar 2023-dən Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə neft nəql edəcək.

admin

İstifadə edilməyən avtomobillərə cərimə yazılır?

admin