18 C
Bakı
26 Oktyabr 2026 16:39
CəmiyyətGündəm

Azərbaycanda bayram namazı bu tarixdə qılınacaq

 

Azərbaycanda bu il Ramazan bayramının aprelin 21-də olacağı gözlənilir.

Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev deyib.

O bildirib ki, bayram namazı hər il olduğu kimi qılınacaq:

“Belə ki, namaz bəzi məscidlərdə saat 08:00-da, bəzilərində isə 09:00-da qılınacaq. Bu, imamlar və icma rəhbərləri tərəfindən qərarlaşdırılacaq. Fitrə zəkatları da həmişəki kimi bayram axşamından, yəni aprelin 20-dən çıxarılır, bayram günü zöhr namazına kimi verilir. Fitrə zəkatının məbləği isə 10-15 manat tövsiyə edilir”.

Fuad Nurullayev sözlərinə görə, aprelin 19-da Ramazan bayramı ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fitvası da rəsmi saytda yayımlanacaq. (axar)

Tacxeber.com

Oxşar xəbərlər

Doğrudan da, komediyadır!

redaktor

Ribeyro kimi dostu olana düşmən lazım deyil

admin

Türk dünyasında liderlik uğrunda yeni mərhələ

redaktor