Sağlamlıq

Xərçəngin qarşısının alan faydalı məhsullar

 

Onkoloq, cərrah İvan Karasev siyənəyi xərçəngin qarşısının alınması üçün ən faydalı məhsullardan biri adlandırıb.

Tacxeber.com xəbər verir ki, o, öz “Telegram” kanalında yazıb ki, onkologiyanın inkişafına sərbəst radikallar səbəb olur və buna görə də orqanizmin sadəcə olaraq antioksidantlara ehtiyacı var.

Onun sözlərinə görə, bu antioksidantları, həmçinin orqanizm üçün əvəzolunmaz omeqa-3 yağ turşularını siyənək balığından, həmçinin yerfıstığı, küncüt və püstədən almaq olar.

Digər güclü antioksidant o, təmizlənməmiş bitki yağı adlandırdı.

Bundan əlavə, İvan Karasevin qeyd etdiyi kimi, qiymətli antioksidantlar (bitki polifenolları) yaşıl çay, üzüm, alma, kakao, soya, zerdeçal, giləmeyvə və brokkolinin tərkibində olur.

Pomidordan sərbəst radikalların yaranmasına mane olan, ultrabənövşəyi radiasiyanın, iltihabın zərərli təsirlərini azaldan likopen ala bilərsiniz./Lent.az

Tacxeber.com

Oxşar xəbərlər

Nar şirəsinin faydaları: Hər gün içmək orqanizmə necə təsir edir?

redaktor

Yaş qozun faydalarını bilirsinizmi?

redaktor

Şəfa deposu narlı çay resepti

redaktor