31 C
Bakı
13 Avqust 2025 15:40
Şou

“Məni almadı, gedib başqası ilə evləndi”

“Xəstəlikdən danışmaq istəmirəm. Yaxşıyam. Həyat davam edir”.

Tacxəbər.com axşam.az-a istinadən  xəbər verir ki, bu sözləri Xalq artisti Könül Xasıyeva “Günaydın, Azərbaycan” verilişində deyib. Bir müddət əvvəl boğazında şiş aşkarlandığını deyən xanəndə səhhətinin yaxşı olduğunu bildirib:

“Bu xəstəlik üstünə tez düşülməsini tələb edir. Və də əlində vəsait olmalıdır. Təsadüf nəticəsində vaxtında öyrəndim. 23 ildir bu xəstəlik məndə var. Daim nəzarətdə saxlayırdım. Getdiyim xarici ölkədə ilk bunu yoxlatdırırdım. Keçən il boğazıma divan tutdum, soyuq su içdim. Mən anadangəlmə astma xəstəsiyəm. Sənəti bu xəstəliklə birlikdə yaşadıram”.

Aparıcı Xoşqədəm Hidayətqızı Əməkdar artist Zakir Əliyevə “Könül Xasıyevanın hansı ifasını sevirsiniz” sualını ünvanlayıb. Xasıyeva isə onun sözlərinə belə reaksiya verib:

“Zakirlə bir sinifdə oxumuşuq, eyni partada oturmuşuq. Bir özümü sevmədi. Məni almadı, getdi xalası qızı ilə evləndi. Çox əlləşdim, vuruşdum, olmadı. Allah xoşbəxt eləsin”.

Z.Əliyevin “Xalam var ki, qızı da ola” sözlərinə xanəndə “Qısqanclıqdan mənə düzünü də deməyib” cavabını verib.

Tacxeber.com

Oxşar xəbərlər

Cabbar Musayev kimdir? – Arvadına görə qardaşı ilə düşmən olan bəstəkar

redaktor

Niyaməddin Musayev mahnısını oxuyanlara nə dedi?

redaktor

“Pulsuz kişi heç arvadına da lazım deyil” – “Bakı gözəli”/VİDEO

redaktor