26 C
Bakı
21 İyun 2025 16:56
Dünya

Adnan Oktarın 8658 illik həbs cəzası təsdiqləndi

 

İstanbul Regional Cəza Məhkəməsi çərşənbə günü Adnan Oktar və bir çox cinayətlərdə təqsirləndirilən daha 13 nəfərin 8658 illik həbs cəzasını qüvvədə saxlayıb.

Tacxeber.com xəbər verir ki, Oktar 2021-ci ildə yetkinlik yaşına çatmayanlara qarşı cinsi qısnama və zorakılıq, adam oğurluğu və vergi qanunlarını pozma ittihamı ilə 1075 il həbs cəzasına məhkum edilib.

Ümumilikdə bu işə 215 müttəhim cəlb edilib, onlardan bəziləri “Oktarın cinayət təşkilatı”nda iştiraka görə mühakimə olunub. Lakin apellyasiya instansiyası tərəfindən hökm ləğv edilib və proses yenidən başlayıb.

Ötən ilin noyabrında iş üzrə təqsirləndirilən şəxslər toplam 8658 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmənin qərarından apellyasiya şikayəti verilib.

Tacxeber.com

Oxşar xəbərlər

Netanyahu: İsrailin İrana qarşı hərbi əməliyyatları Trampın dəstəyi ilə aparılır

redaktor

Xamenei İranın ‘Zəngəzur dəhlizi’nə qarşı olduğunu bir daha vurğulayır

admin

Si Cinpin ordunu müharibəyə hazırlaşmağa çağırdı

redaktor