17 C
Bakı
27 Oktyabr 2026 13:40
Siyasət

Naxçıvanlıların pasportuna niyə iranlı yazılıb? – VİDEO

 

Diasporla İş üzrə Dövlət Komitəsi ilə İctimai TV-nin ortaq layihəsi olan “Vətən uzaqda deyil” proqramının növbəti buraxılışı Qazaxıstanın Sayram rayonunun Qarasu kəndində yaşayan azərbaycanlıların şəxsiyyət vəsiqələrində və pasportlarında milliyyətlərinin iranlı yazılması probleminə həsr olunub.

Verilişdə məsələnin mahiyyəti, bu problemin haradan qaynaqlanması ilə bağlı soydaşlarımızdan müsahibələr alınıb və onların milliyyətlərinin iranlı yazılmasının törətdiyi çətinliklər barədə danışılıb.

Vəsilə Vahidqızının müəllifi olduğu “Vətən uzaqda deyil” verilişinin Qarasu kəndindən hazırlanan xüsusi buraxılışını aşağıdakı linkdən izləmək olar.

 Tacxeber.com

Oxşar xəbərlər

İran hicablı azərbaycanlı qızlara təhsil təklif edir, Bakı daxili işlərinə müdaxilədən danışır

admin

Benyamin Netanyahunun sabahkı seçkilərdən sonra da baş nazir qalma şansı var

redaktor

Azərbaycan Cənubi Qafqazın yeni geosiyasi mərkəzinə çevrilir

redaktor