30 C
Bakı
12 Avqust 2025 10:44
İdman

Messi ilə bağlı sürpriz addım: Azarkeşlər şoka düşdü

 

İki ay sonra Fransa PSJ-si ilə müqaviləsi bitəcək olan Lionel Messinin karyerasını hansı klubda davam etdirib-etdirməyəcəyi hazırda dünya futbol ictimaiyyətində əsas müzakirə mövzularından biridir.

Offsideplus.az İspaniya mediasına istinadla xəbər verir ki, 35 yaşlı hücumçu ilə bağlı gözlənilməz addım atılıb.

Belə ki, “Barselona”nın rəsmi saytında Leonun şəkli paylaşılıb. Təcrübəli forvardın adı və fotosu Kataloniya təmsilçisinin baş məşqçisi Xavi Ernandesin sərəncamında göstərilib. Bunu görən “Barselona” fanatları isə xeyli təəccübləniblər.

Qeyd edək ki, Messinin sabiq klubuna qayıdacağı ehtimal olunur. Ona Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan isə nə az, nə çox – ilinə 400 milyon avro təklif olunub. Lakin Messi bu təklifi rədd edib. O, karyerasını Avropada davam etdirmək istəyir.

Tacxeber.com

Oxşar xəbərlər

Ə, bayıssı göyçək, qoy biz də oynayax dana

admin

UFC yarışında döyüşəcək idmançı Bakıya gəlməkdən imtina edib – SƏBƏB

redaktor

“Öz oyunumuzdan razı qalmadım” – Qurban Qurbanov

redaktor