26 C
Bakı
21 İyun 2025 20:42
Cəmiyyət

Bakıda tanınmış müğənni reyddə saxlanıldı – Nartotik vasitənin təsiri altında imiş – VİDEO

 

Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsinin və Baş Dövlət Yol Polisi İdarəsinin Xüsusi tağımının keçirdiyi reyd zamanı rayon ərazisində nartotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

Araşdırma zamanı sükan arxasında əyləşən şəxsin tanınmış müğənni Ruzigar olduğu müəyyən olunub. Müğənni tibbi müayinəyə dəvət olunub. Müayinə zamanı isə Ruzigarın narkotik vasitələrin təsiri altında olduğu aşkarlanıb.

Sənətçi avtosfer.az-ın sualını cavablandırarkən bildirib ki, 6 ay bundan əvvəl həmin maddələri xarici ölkədə olan zaman qəbul edib: “Çox güman ki, qanda qalıb”.

Baş DYP İdarəsinin Xüsusi tağımının inspektoru, polis baş leytenantı Elmir Əmirov bildirib ki, sürücü qoşa xəttin tələbini pozduğuna görə saxlanıldı və qeyri-adekvat hərəkətləri şübhə doğurduğu üçün tibbi müayinəyə dəvət edilib: “Müayinə zamanı həkimin rəyi nəticəsində məlum oldu ki, sürücü narkotik vasitələrin təsiri altındadır və bu vəziyyətdə maşın sürür”.

 Tacxeber.com

Oxşar xəbərlər

Dövlət qurumları son 3 ayda milyonlarla vəsaiti tendersiz xərcləyib

admin

Hərracda bankların dollar tələbi yenidən 100 mln. dolları üstələyib

admin

Keçmiş nazirin Azərbaycandan çıxışına “stop” qoyuldu – BORC QALMAQALI

redaktor