28.7 C
Bakı
21 İyul 2026 23:19
Dünya

ABŞ Ermənistanı siyahıdan çıxartdı

 

Avropanın 10 ölkəsini əhatə edəcək “Defender 23” hərbi təlimlərinin iştirakçıları siyahısından Ermənistan çıxarılıb.

Tacxeber.com xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin yenilənmiş siyahısında Ermənistanın adına rast gəlinmir.

Bildirilir ki, ABŞ-la yanaşı, Albaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Çexiya, Danimarka, Estoniya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Kosovo, Moldova, Monteneqro, Hollandiya, Şimali Makedoniya, Polşa, Rumıniya, Sloveniya, İspaniya, İsveç və Böyük Britaniyadan olan hərbçilər təlimlərdə iştirak edəcək.

Qeyd edək ki, təlimlər 22 apreldə başlayacaq və 2 ay davam edəcək.

Tacxeber.com

Oxşar xəbərlər

Bakıda Rusiya və Almaniya arasında gizli görüş olub?

redaktor

Dialoq başladı. İndi onu dialoqa çevirmək lazımdır

redaktor

Mərakeşli keçmiş kəşfiyyat agenti hökumətin “Pegasus”la jurnalistləri necə izlədiyindən danışıb

admin