26 C
Bakı
27 İyun 2026 17:24
GündəmHadisə

Türkiyədə ana oğlunun qaçırıldığı maşından əl çəkmədi: Kapotundan yapışaraq kilometrlərlə yol getdi – VİDEO

 

Türkiyənin Düzce vilayətində ata 14 yaşlı oğlunu maşınla qaçırmağa cəhd edib.

Həyat yoldaşından ayrılan kişi oğlu ilə görüşdükdən sonra onu maşına mindirib və uzaqlaşmaq istəyib.

Bu zaman uşağın anası keçmiş həyat yoldaşının avtomobilinin kapotundan yapışıb və oğlunu buraxmayıb. Qadın hərəkət edən maşının kapotu üzərində təxminən 40 kilometr yol qət edib.

Ananın bu təqibi polisin müdaxiləsi ilə başa çatıb. Polis avtomobili saxlamağa nail olub. Maşın dayandığı zaman qadın yerə yıxılıb və xəsarət alıb.

Həmçinin atanın maşınla vurduğu məhəllə sakinlərindən biri də yaralanıb. Yaralılar xəstəxanaya aparılıblar. Ata isə nəzarətə götürülüb.

 Tacxeber.com

Oxşar xəbərlər

Quba rayon İcra Hakimiyyəti tədbirə 181 min 580 manat xərcləyəcək- İSRAFÇILIQ DEYİLMİ?

redaktor

Misir Mərdanov, bəs, sizin arvadınız azərbaycanlıdır?

admin

Daha bir azərbaycanlı Ukraynanın azadlığı uğrunda canından keçdi – FOTO

redaktor