Hadisə

Bakıda taksi sürücüsü ilə qadın sərnişin arasında mübahisə – VİDEO

 

Bakıda taksi xidmətindən istifadə edən qadın narazıdır.

Baku.ws-in “qaynar xətti”nə daxil olan məlumata görə, buna səbəb sürücünün yol boyu telefondan istifadə etməsidir.

Hadisə ötən gün, Nərimanov rayonundan Tbilisi prospektinə gedən yolda qeydə alınıb.

Belə ki, sürücü maşını idarə edərkən paralel olaraq “WhatsApp” sosial şəbəkəsində mesajlaşıb. Onun bu hərəkətinə öz iradını bildirən xanım sərnişinə isə kobud şəkildə cavab verib. Nəticədə sürücü və sərnişin arasında mübahisə yaranıb.

Şübhəsiz ki, sürücü bu əməli ilə həm özünün və sərnişinin, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atıb.

Sözügedən görüntüləri təqdim edirik:

 

Oxşar xəbərlər

İrlandiyada 1 milyon insanın öldüyü dəhşətli aclıq – Türk sultanın jesti. Bu səbəbdən İrlandiyanın əsas liqasında çıxış edən komandanın loqosunda İslam simvolları – ulduz və aypara əks olunub.

admin

“Görüntüləri izlədim, hələ də şokdayam” – Hüseynin anası

redaktor

Paris Məhkəməsi Azərbaycan səfirliyinə hücuma edən erməniyə verilən cəzanı sərtləşdirib

admin