Cəmiyyət

İşə düzəlmək istəyənlərin NƏZƏRİNƏ! – Bu sənəd tələb edilə bilər – VİDEO

 

Bütün sahələrdə işə qəbul zamanı narkoloji testdən keçmə tələbi təklif edilir.

Tacxeber.com xəbər verir ki, “Narkoloji xidmət və nəzarət haqqında” qanuna görə dövlət işində, müxtəlif vəzifələrdə çalışanlar işə qəbul zamanı və işlədiyi müddət ərzində vaxtaşırı olaraq, mütləq şəkildə tibbi müayinədən keçirlər. Ancaq hazırda bu tələb bütün işlərə şamil edilmir. Vətəndaşlar bu tələbin əhatə dairəsinin daha da genişləndirilməsini vacib hesab edirlər.

Əmək hüquqları üzrə mütəxəssis Sahib Məmmədov “Xəzər Xəbər”ə bildirib ki, hazırda dövlət qulluğu ilə bağlı şəxlsərin narkoloji testdən keçirilmələri ilə bağlı hər hansı tələb yoxdur. Ancaq hər hansı bir qurum işçinin qəbul edilməsindən sonra belə bir testdən keçməsini tələb edə bilər.

Sahib Məmmədov hesab edir ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarından başqa sürücülər, aviadispetçerlər, nəqliyyatı tənzimləmək sahəsində çalışanların da narkoloji testdən keçməsi tövsiyə olunandır.

Mütəxəssis həmçinin deyib ki, Azərbaycanda qanda qalıcılıq qısa müddətli olduğu üçün qandan narokoloji test götürülmür. Məhkəmə tibbi-ekspertizaları üçün izləri 1 ilədək qalıcı olan dırnaqdan nümunə götürülür. Şübhə varsa, saçdan, dırnaqdan da nümunələr götürülə bilər.

Tacxeber.com

Oxşar xəbərlər

Mehbalıyevin oğlu və Əli Həsənovun kürəkəni olan keçmiş polis zabiti İsfəndiyar Mehbalıyev Dubayda yaşayır

admin

Tanrılar çox idi, sonra bir oldu: Bəşəriyyətin 300 min illik tarixində təkallahlılığın yeri

redaktor

Naxçıvanda yanacaq növbələri: sakinlər qıtlıqdan danışır, SOCAR problem olmadığını bildirir

admin