27 C
Bakı
21 Avqust 2026 01:31
Dünya

Cozep Borrell Rusiyanın BMT Təhlükəsizlik Şurasına sədrliyinə başlamasını tənqid edib: “Aprel zarafatı gününə uyğundur”

 

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Rusiyanın BMT Təhlükəsizlik Şurasına sədrliyinə başlamasını tənqid edib.

Bu barədə Cozep Borrell “Twitter” hesabında bildirib.

“Rusiyanın bu gün BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi aprel zarafatları (1 aprel) gününə uyğundur. Rusiya, Təhlükəsizlik Şurasının daimi üzvü olmasına baxmayaraq, BMT-nin qanunvericilik bazasının mahiyyətini davamlı şəkildə pozur. Aİ Rusiyanın sədrliyində onun tərəfindən ediləcək istənilən sui-istifadəyə qarşı çıxacaq”, – deyə Borrel qeyd edib./APA

Tacxeber.com

Oxşar xəbərlər

Ərdoğan, yoxsa Şərdoğan?

redaktor

“Qarabağ hərəkatının məntiqi yoxdur”: Paşinyan Ermənistan hökumətinin yeni proqramını təqdim etdi

redaktor

Azərbaycan CNN-i məhkəməyə verdi: Bakının sərt cavabı

redaktor