17 C
Bakı
27 Oktyabr 2026 11:33
Siyasət

Qənirə Paşayeva: “Fazil Mustafanın fəaliyyətinə yaxından bələd olanlar onun xurafata qarşı açıq mətnlə mübarizə apardığını yaxşı bilir”

 

“Deputat həmkarımız, Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Fazil Mustafa Bakıda, yaşadığı evinin qarşısında güllələnib. Silahlı hücuma məruz qalan millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb. Həmkarımız iki güllə yarası alıb. Əlbəttə, hüquq mühafizə orqanlarımız gərəkən tədbirləri görəcək, cinayətkarlar tezliklə tapılıb, haqq etdikləri cəzanı alacaq”.

Tacxeber.com-ın xəbərinə görə, bunu deputat Qənirə Paşayeva bildirib.

“Hörmətli Fazil bəyin ictimai-siyasi fəaliyyətinə yaxından bələd olanlar onun hansı dəyərləri müdafiə və təbliğ etdiyini, xurafata qarşı açıq mətnlə mübarizə apardığını yaxşı bilir. İnşallah tezliklə sağlamlığına qovuşar və qaldığı yerdən mübarizəsinə davam edər! Yastığı yüngül olsun!” – Q.Paşayeva qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

İran hicablı azərbaycanlı qızlara təhsil təklif edir, Bakı daxili işlərinə müdaxilədən danışır

admin

Benyamin Netanyahunun sabahkı seçkilərdən sonra da baş nazir qalma şansı var

redaktor

Azərbaycan Cənubi Qafqazın yeni geosiyasi mərkəzinə çevrilir

redaktor