26 C
Bakı
12 Sentyabr 2026 16:31
GündəmHadisə

Fazil Mustafa belə vurulub – ŞOK DETALLAR

 

“Fazil Mustafa qarajın qapısını açıb həyətə girmək istəyəndə cinayətkar evin sağ tərəfində yerləşən daş hasarın arxasında gizlənərək gözləyib”.

Tacxeber.com xəbər verir ki, bu sözləri Musavat.com-a açıqlamasında deputat Fazil Mustafanın yaxın dostlarından biri deyib.

O bildirib ki, hadisəni törədən şəxs hasarın arxasından deputatın avtomobilə atəş açmağa başlayıb:

“Maşına ciddi zərər dəyib. Cinayətkarın avtomobilə atəş açmasında məqsəd Fazil Mustafanı öldürmək olub. Deputat cəld tərpənərək yenidən maşına minib və tez qapını örtüb”.

Deputatın dostunun sözlərinə görə, hadisə Fazil Mustafanın kiçik qızının gözü önündə baş verib.

Qeyd edək ki, Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb. F.Mustafa iki güllə yarası alıb. Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkilinə hazırda1 saylı Şəhər Kliniki Xəstəxanasında (Semaşko) həkim müdaxiləsi edilir. Polis hadisə yerindədir.

Tacxeber.com

Oxşar xəbərlər

Boks Federasiyasının hakiminin işgəncə iddiası: “Boynuna almalısan, əks halda qardaşını da tutacağıq”

admin

Ziyalılar belə öz rəhbərini normal seçə bilmirsə

redaktor

11 Sentyabr-Əsrin zorakılıq təməli

redaktor