Hadisə

“Fazilin şübhələndiyi adam yoxdur” – Qardaşı

 

Deputat Fazil Mustafanın qardaşı Azər Mustafayev deputatın güllələnməsi ilə bağlı jurnalistlərə açıqlama verib.

Tacxeber.com Baku TV-yə istinadən xəbər verir ki, o, qardaşının 1-2 günə evə buraxılacağını bildirib: “Hücum qapıya çatanda pultla qapını açanda olub. Həmin an atəş açılıb. Avtomatdan 7 atəş açılıb, 2-si dəyib. Hadisə zamanı evdə həyat yoldaşı və qızı olub. Yaralı vəziyyətdə evə girib, polisə və xəstəxanaya zəng ediblər.

Yəqin ki, sui-qəsd cəhdi sifarişlidir. Özünün şübhələndiyi adam yoxdur. Evin qarşısında kameralar var. Hamısı götürülüb, araşdırılır”.

A.Mustafayev çəkiliş zamanı sui-qəsdin törədildiyi yeri də göstərib. Qeyd edib ki, maşın evin qarşısında saxladığı vaxt atəş açan şəxs evin yan tərəfində dayanıb.

Oxşar xəbərlər

Ukraynada səhvən işğalçı ruslar arasında atışma

admin

Rusiyalı oliqarxı maşınında partlatmaq istədilər – VİDEO

redaktor

Daha bir jurnalist-blogerin həbs olunma riski. Səbəbə DİQQƏT yetirin!

admin