Siyasət

ABŞ Azərbaycanla Ermənistana çağırış edib

 

ABŞ Azərbaycanla Ermənistana çağırış edib.

Tacxeber.com xəbər verir ki, Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasının regional sülh və inkişaf üçün vacibliyini vurğulayıb.

Son vaxtlar bölgədə gərginləşən vəziyyətdən narahatlıq ifadə edilərək bütün anlaşılmazlıqların danışıqlar yolu ilə həllinə çağırış edilib. ABŞ tərəfinin prosesə dəstək verməyə hazır olduğu bildirilib.

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ “əlini Ukraynanın çiynindən götürür”, Kiyev tək qalır – ŞƏRH

admin

Bu foto çəkiləndən sonra Ərdoğan otağı tərk edib: Sinan Oğanla görüşənlər kim olub?

redaktor

“O, mənim dəli olduğumu bilir” – Tramp

admin