27 C
Bakı
10 Avqust 2025 03:09
Dünya

Taliban marixuana yetişdirilməsini qadağan etdi

 

Əfqanıstanda Taliban hərəkatının lideri Heybətullah Axundzadə bütün ölkə ərazisində çətənə (marixuana) yetişdirilməsini qadağan edib.

Tacxeber.com xəbər verir ki, bu barədə Taliban rejiminin rəsmi nümayəndəsi Zəbiullah Mücahid Twitter hesabında məlumat verib.

Taliban liderinin fərmanında deyilir ki, “bütün ölkədə çətənə becərilməsi qəti qadağandır və bundan sonra heç kim öz torpağında çətənə əkə bilməz və kimsə öz torpağında çətənə əkərsə, o, məhv ediləcək”.

Taliban lideri həmçinin Daxili İşlər Nazirliyinə və istintaq orqanlarına cinayətkarları məsuliyyətə cəlb etməyi, məhkəmələrə isə “onları şəriət qanunlarına əsasən cəzalandırmağı” tapşırıb.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya böyük qorxu içindədir, özündən 400 dəfə kiçik ölkəyə uduzur

redaktor

Özbəkistanda da Hüseynbala Mirələmovun yetirmələri var.

admin

Gənc prokurorun DƏHŞƏTLİ ƏMƏLİ ölkəni qarışdırdı: Qadın həmkarının evinə zorla girib…

redaktor