7 C
Bakı
16 Dekabr 2025 02:23
GündəmSiyasət

Putin Haaqa-nın həbsinə order verdiyi dördüncü dövlət başçısıdır

 

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib

Tacxeber.com xəbər verir ki,  Rusiya prezidenti vəzifədə olarkən törədilmiş cinayətlərə görə BCM tərəfindən ittiham edilən ilk Avropa lideri və dünyada dördüncü yüksək səviyyəli lider olub.

BCM tərəfindən həbs qərarı verilən ilk dövlət başçısı Sudan prezidenti Ömər əl-Bəşirdir. (2008). Əl-Bəşir Darfurdakı münaqişə ilə bağlı soyqırımda ittiham edilib. Amma ittiham onun növbəti 11 il hakimiyyətdə qalmasına mane olmadı. 2019-cu ildə əl-Bəşir hərbi çevriliş nəticəsində devrilib həbs olunsa da, hələ də Haaqa məhkəməsinə verilməyib.

Liviya prezidenti Müəmmər Qəzzafinin həbsinə order 2011-ci ildə verilib. O, kütləvi etirazların yatırılması əməliyyatı zamanı insanlığa qarşı cinayət törətməkdə ittiham olunub. Qəzzafi məhkəməyə qədər yaşamayıb  və üsyançılar tərəfindən öldürülüb.

Fil Dişi Sahilinin prezidenti Loran Qbaqbo. 2011-ci ildə seçkiləri uduzduqdan sonra bunkerdə gizlənib. Lakin daha sonra həbs edilərək Haaqaya aparılıb. Qbaqbo hakimiyyəti zorla saxlamaq cəhdində, insanlığa qarşı cinayətlərdə ittiham olunurdu. 2019-cu ildə ona bəraət verilib.

Beynəlxalq cinayət ədliyyə sistemində BCM-dən başqa xüsusi hərbi tribunallar da mövcuddur. Yaxın tarixdə onlardan 8-i baş tutub. Hazırda iki beynəlxalq tribunal )Ruanda və keçmiş Yuqoslaviya üçün) fəaliyyət göstərir. Son məhkəmə prosesində keçmiş Yuqoslaviya prezidenti Slobodan Miloseviç təqsirləndirilib o, hökmü gözləmədən Haaqa həbsxanasında ölüb.(Musavat.com)

Tacxeber.com

Oxşar xəbərlər

D. Tramp: “Türkiyənin F-35 proqramında iştirakı lazımdır”

admin

“Müğənni var, toyda partlamaya düşdü, dua oxudum özünə gəldi…”  – Zirəddin Rzayev

redaktor

Zəngəzur dəhlizi Türkiyənin Ermənistanla sərhədin açılmasına, Cənubi Qafqazda möhkəmlənməsinə gətirəcək

admin