19 C
Bakı
27 Oktyabr 2026 15:07
Texnologiya

“Apple” qulaqlıqları eşitmə cihazına çevriləcək – FOTO

 

Eşitmə qabiliyyətini itirmiş insanlar “Apple” qulaqlıqlarından eşitmə cihazı kimi istifadə edə biləcəklər.

Bu barədə “Bloomberg” nəşri məlumat verib.

Tacxeber.com oxu.az-a istinadən xəbər verir ki, nəşrin köşə yazarı Mark Qurmanın sözlərinə görə, Amerika şirkəti özünün “AirPods” seriyalı qulaqlıqlarının imkanlarını genişləndirmək niyyətindədir.

Qulaqlıqların eşitmə qabiliyyətini itirmiş insanlar üçün olan cihazların tələblərinə uyğun olaraq  yenilənməsi planlaşdırılır. “Apple” mühəndislərinin “AirPodlar”ı faktiki olaraq eşitmə cihazına çevirəcəkləri qeyd edilir.

Mark Qurman vurğulayıb ki, şirkət növbəti bir və ya iki il ərzində qulaqlıqlarına yeni funksiyalar əlavə edəcək. Materialda bildirilir ki, “AirPod”larda eşitmə cihazı kimi istifadə edilməsinə qismən imkan verən seçimlər var.

Bununla belə müəllif qeyd edib ki, şirkətin cihazları ABŞ Qida Məhsulları və Dərman Preparatlarına nəzarət üzrə Sanitariya Müfəttişliyi (FDA) tərəfindən tibbi cihaz kimi sertifikatlaşdırılmayıb.

Oxşar xəbərlər

Süni intellekt bumu: Yeni infrastruktur əsri

admin

Müsəlman dua edir, lənətə gəlmiş xristianlar isə icad edir

redaktor

Sİ nəhənglərinin “təhlükəsizlik” çağırışının arxasında nə dayanır?

redaktor