19 C
Bakı
23 İyun 2025 21:42
Siyasət

Gizli işbirliyi ifşa edildi – Ələ keçirib İrana ötürürmüş

Rusiyanın Ukraynada ələ keçirdiyi bəzi ABŞ istehsalı silahları İrana verdiyi iddia edilir.

Tacxeber.com xəbər verir ki, CNN-nin hərbi mənbələrə əsaslanaraq verdiyi məlumatda Rusiyanın ABŞ və NATO ölkələrinin tədarük etdiyi bir çox silah və sistemi, xüsusilə “Javelin” tank əleyhinə və “Stinger” hava hücumundan müdafiə sistemlərini ələ keçirdiyi bildirilir.

Rusiyanın bu silahları sökülməsi və tədqiq edilməsi üçün İrana ötürdüyü deyilir. Bu cür transferlərin çox olmadığı iddia edilən xəbərdə ABŞ mənbələri İranın bu silahlar üzərində çalışıb-çalışmadığının və ya bu silahlara yeni hərbi komponentlər əlavə edərək mənimsəyib-mənimsəmədiyinin bəlli olmadığı qeyd edilir.

ABŞ Dövlət Departamenti Ukraynaya tədarük edilən silahların müxtəlif qrupların və ya şəxslərin əlinə keçməməsi və sui-istifadə edilməməsi üçün işçi qrupu yaratmışdı.

ABŞ rəsmilərinin sözlərinə görə, bu silahlar əsasən yerində istifadə olunur. Amma Rusiyanın döyüş meydanında ələ keçirdiyi silahlara nəzarət mexanizminin olub-olmadığı məlum deyil.(Teleqraf.com)

Tacxeber.com

Oxşar xəbərlər

Vladimir Zelenski Kanada səfərini yarımçıq qoyub Kiyevə qayıdır: səbəb?

redaktor

Gümrü bazası ordan çıxsa, Gəncədə yerləşəcək – Tarasov

admin

“İbadoğlu dərhal azad edilsin, rəsmilərə sanksiya tətbiq olunsun” – AP-nin qətnaməsi

admin